Azərbaycan üçün PlayOJO Kazino Analizi – Slot və Masa Oyunları

PlayOJO onlayn kazino dünyasının gənc isimlərindən biri olmasına baxmayaraq, qısa müddətdə prestijli kazinolardan birinə çevrilməyi bacarıb. Çünki, operator daima inkişaf etmək oyunçulara daha yaxşı oyun təcrübəsi yaşatmaq üçün əlindən gələni edir. Əslində sahib oldu u çox sayda yüksək keyfiyyətli slot oyunları, masa oyunları və canlı diler kazino oyunları belə, PlayOJO-nun çoxlarının sevimli kazinosu olması üçün yetərli səbəbdir. Ancaq, təbii ki, PlayOJO bununla kifayətlənmir və oyunçulara dövriyyə şərti olmayan xoş gəldin bonusu və başqa bir çox fürsətlər təqdim edir. Bu kazinoda oynaya biləcəyiniz ən yaxşı oyunlar və istifadə edə biləcəyiniz fürsətlər haqqında bütün vacib detalları öyrənmək üçün PlayOJO kazino analizimizi sonadək oxuyun.

Unikal Kazino Bonusu
50-dək Pulsuz Fırlatma Dövriyyə Şərti Olmadan
18+. Bütün istifadə şərtləri qəbul olunur.
Kazino Reytinqi 4.70/5
Veb-sayt www.playojo.com
Bonus 50 Pulsuz Fırlatma+ Dövriyyə Şərti Olmadan
Oyunlar 750+ Slot Oyunları, 25+ Masa Oyunları
Mobil 587 Mobil Oyunlar
Canlı 80+ Canlı Masa
Ən yaxşı Oyunlar Book of Dead, Age of The Goods
Proqram Təminatçısı Microgaming, Evolution Gaming
Ödəniş Üsulları
Visa Neteller
Lisenziya MGA/CRP/ 171/2009 MGA tərəfindən
Təsis edildi 2017

Playojo Onlayn Kazino

Playojo Kazinoda Oyna

Son Yeniləmə 8.02.2022 Tərəfindən: Ayxan Səmədov

Bu PlayOJO kazino analizində bu möhtəşəm oyun platforması ilə əlaqədar bütün vacib detalları bir-bir nəzərdən keçirəcəyik. Bonuslardan necə yararlana biləcəyinizi və ehtiyacınız olduqda müştəri xidmətləri ilə necə əlaqəyə keçə biləcəyinizi izah edəcəyik. Saytda mövcud olan ödəniş üsullarından, kazinonun mobil versiyasından, hansı oyun seçimlərinin mövcud olduğundan və başqa detallardan ətraflı şəkildə bəhs edəcəyik.

Bununla yanaşı, PlayOJO onlayn kazinosunun üstünlüklərini və çatışmazlıqlarını sadalayacaq və operator haqqında yekun rəyimizi sizlərə təqdim edəcəyik. Təfərrüatlara keçmədən qısaca olaraq onu da bildirək ki, PlayOJO Malta Gaming Authority tərəfindən lisenziyalaşdırılmış güvənli bir operatordur. Buna görə də PlayOJO-da oynayarkən şəxsi məlumatlarınızın qorunduğundan və fırıldaqçılığa məruz qalmayacağınızdan əmin ola bilərsiniz.

PlayOJO Kazino İcmalı və Ekspert Qərarı

PlayOJO kazino 2017-ci ildə təsis edilmiş MGA lisenziyalı bir operatordur. Sayt istifadəçilərinə 750 slot oyunları, 25+ masa oyunu, mobil applikasiyada 587 oyun və 80+ canlı kazino oyunu təklif edir. 2024-in mövcud xoş gəldin bonusu 50-dək pulsuz fırlatmadan ibarətdir. PlayOJO kazinonun sizə bənzərsiz oyun həzzi yaşadacağına əmin ola bilərsiniz.

Müsbət və Mənfi Cəhətləri – Bir Azərbaycanlı Oyunçunun Gözündən

Bu PlayOJO kazino analizində sizlərə bu operator haqda dolğun məlumat vermək üçün mütəxəssislərimiz PlayOJO-nun mənfi və müsbət yönlərini göstərən qısa bir cədvəl hazırlayıb. Bu cədvələ baxaraq, bu kazinonun güclü və zəif tərəfləri barədə özünüzdə ilkin təəsüratlar yarada bilərsiniz. Lakin dəyərləndirmə edərkən bütün kazinoların müəyyən üstünlüklərə və çatışmazlıqlara sahib olduğunu unutmayın.

PlayOJO Üstünlükləri və Çatışmazlıqları
  • Dövriyyə Şərtsiz Bonus
  • Möhtəşəm Kazino Oyunları
  • Cəlbedici Promo-aksiyalar
  • Məsuliyyətli Qumar Operatoru
  • Bütün Oyunlarda Keşbek
  • Demo Versiya
  • Dil Seçimi Azdır
  • Masa oyunları Azdır
  • Bitkoin Qəbul Etmir

Göründüyü kimi, PlayOJO-nun xeyli güclü tərəfləri olmasına rəğmən, bəzi çatışmazlıqları da vardır. Razılaşmalıyıq ki, burada masa oyunlarını sevən oyunçular üçün seçim imkanları elə də çox deyil. Həmçinin ödəmə əməliyyatlarını Bitkoinlə etməyə alışanlar üçün ödəniş metodları arasında Bitkoinin olmaması bir dezavantaj sayılmalıdır. Ancaq bizim PlayOJO-da yuxarıdakı dezavantajlar xaricində başqa ciddi çatışmazlıqlar təsbit etmədiyimizi də deməliyik.

PlayOJO Oyunları

🥇 #1 PlayOJO Kazino Oyunu Big Bass Bonanza
🎰 Ən yüksək RTP-li Slot Mega Joker
♠️ Ən Yaxşı Ödənişə Sahib Blackjack One Blackjack
⬇️ Aşağı Kassa Avantajına Sahib Rulet American Roulette
🤵 #1 Canlı Diler Oyunu Vip Roulette
⭐ Ən Son PlayOJO Oyunu Wild Stocking

PlayOJO Azerbaycan oyunçularına aralarından seçim edə biləcəkləri yüzlərlə slot və cekpot oyunları, masa oyunları, video poker və canlı diler kazino oyunları təklif edir. Kazinodakı oyunların ümumi sayı isə 800-dən çoxdur. Təkmil axtarış funksiyası ilə istədiyiniz oyunu sürətli şəkildə tapa bilməyiniz mümkündür. Lakin hansı oyunu oynayacağınıza qərar verməmisinizsə, çoxsaylı oyun kateqoriyalarını da incələyə bilərsiniz.

Burada blackjack, rulet, canlı kazino kimi standart kateqoriyalardan əlavə, PlayOJO kazino oyunlarının minimum və maksimum mərc miqdarına görə qruplaşdırıldığı maraqlı və faydalı kateqoriyalar da vardır. Oyunlar həm də aid olduğu oyun təminatçısına görə ayrı-ayrı kateqoriyalara bölünmüşdür. Söhbət oyun təminatçılarından düşmüşkən qeyd edək ki, PlayOJO bir çox nüfuzlu oyun yaradıcıları ilə əməkdaşlıq etməkdədir.

Bütün PlayOJO kazino oyunları NetEnt, Yggdrasil, Microgaming və iSoftBet kimi onlarla nüfuzlu proqram təminatçısı tərəfindən təmin olunmaqdadır. Ona görə də oyunların keyfiyyətinin və funksionallığının sizi qane edəcəyi şübhəsizdir. Unutmadan onu da qeyd edək ki, bu kazinoda bir çox oyunu real pulla mərc etmədən öncə demo versiyada da sınamaq mümkündür.

PlayOJO Slotları–Çarx Oyunlarının Möhtəşəm Kolleksiyası

Bu kazinonun ən üstün cəhətlərindən biri hər zövqə xitab edən yüzlərlə yüksək RTP-li slot oyunlarına sahib olmasıdır. PlayOJO-nun digər üstün bir cəhət isə burada slot oyunlarının başqa slot kazinolarından fərqli olaraq, çarxların sayına, volatillik səviyyəsinə və başqa xüsusiyyətlərinə görə qruplaşdırılmasıdır. Bu isə oyunçulara istədiklərini rahatca tapmaq imkanı verir.

PlayOJO slotlarının sayı 750-dən çoxdur və oyunlar 20-dən çox proqram təminatçısı tərəfindən təmin olunur. Hazırda məşhur slot yaradıcları NetEnt və Microgaming-in hər biri bu kazinoda 100-dən çox oyunla təmsil olunur. PlayOJO slotları arasında ən sevilənlər isə Book of Cleopatra, Starburst, Gonzo’s Quest, Bonanza, Age of the Gods və başqaları yer alır.

Masa Oyunları Çeşidləri, Video Poker və Poz Qazan

PlayOJO-da slot oyunları və canlı diler oyunlarının çeşidliliyi çox geniş olsa da, masa oyunlarında çeşidlilik elə də çox deyil. Blackjack həvəskarları burada sadəcə European Blackjack Turbo və American blackjack kimi klassik blackjack versiyalarını tapa biləcəklər. Ancaq ruletsevərlər bir qədər daha şanslıdırlar. Çünki burada rulet oyunları üçün 15-dən çox seçim mövcuddur.

Burada seçim imkanı az olsa da, var olan oyunların həzz almağınız üçün yetərli keyfiyyətə sahib olduğunu da deməliyik. Biz gələcəkdə PlayOJO-nun digər oyunlar kimi masa oyunlarını katoloqunu da genişləndirəcəyini inanırıq. Masa oyunları kolleksiyası daha geniş olan kazino axtarırsınızsa, ən yaxşı blackjack kazinoları yazımıza baxaraq, özünüzə uyğun bir kazino seçə bilərsiniz.

PlayOJO Masa Oyunları Kataloqu

Rulet və blackjack oyunları ilə yanaşı, PlayOJO-da video poker kimi başqa çeşidli əyləncəli oyunlar da vardır. Bu kazinoda Joker Poker, Aces & Faces, Deuces Wild və Jacks or Better adlı 4 çeşiddə video poker oyunu tapa biləcəksiniz. Bunlarla yanaşı, PlayOJO kazino oyunları içərisində bakkarat, Casino Hold’em və Punto Banco kimi seçimlərin də olduğunu deməliyik.

Operatorun təklif etdiyi oyunlar arasında Poz Qazan oyunları da yox deyildir. Poz Qazan pərəstişkarları üçün platformada 10-dan çox oyun təklif edilir. Bu oyunların mərc limitləri isə 0.01€ kimi kiçik məbləğlərdən başlayır. PlayOJO-da masa oyunların sayı çox olmaya bilər, ancaq bu oyunların keyfiyyəti və uyğun mərc limitləri ilə sizin qəlbinizi fəth edəcəyinə söz verə bilərik.

PlayOJO Canlı Kazino – Möhtəşəm Canlı Masa Seçimləri

PlayOJO Azerbaycanda canlı kazino oyunları canlı rulet, canlı blackjack və başqa canlı oyunlar adı altında qruplaşdırılmışdır. RNG masa oyunlarından fərqli olaraq, burada daxil olduğunuz hər bölmədə çoxlu seçimlə qarşılaşacağınızdan əmin ola bilərsiniz. Operator fərqli-fərqli proqram təminatçılarının məhsulu olan 80-dən çox canlı kazino oyununa sahibdir. Rulet, blackjack, bakkarat kimi klassik oyunları oynamaqdan sıxılanlar, PlayOJO onlayn kazinosunda şanslarını Mega Wheel, Fan Tan və hind oyunu Andar Bahar kimi maraqlı oyunlarda sınaya biləcəklər. Qeyd edək ki, kazinonun əksər canlı diler oyunları üçün masa limitləri münasibdir.

PlayOJO Applikasiya və Mobil Oyunlar

Bu kazinonun kompüter və mobil versiyaları arasındakı tək fərq mobildən oynadığınız zaman daha kiçik ekranda oynamağınızdır. Hərəkət halında bu mobil kazinoda 600-ə yaxın yüksək keyfiyyətli mobil oyunun həzzini çıxarma imkanınız vardır. Mobil telefondan oynamaq üçün hər hansı yükləmə etməyinizə də gərək yoxdur. Sadəcə veb-sayta daxil olmaqla, dərhal oynamağa başlaya bilərsiniz. Ancaq istifadəçi dostu mobil tətbiqləri yükləyib, onların da üstünlüklərindən yararlana bilərsiniz. Mobil cihazınızın PlayOJO tətbiqindən istifadə etmək üçün uyğun olub-olmadığını bilmək üçün AZ-da ən yaxşı mobil kazinolar yazımıza göz atmağınızı tövsiyə edirik.

PlayOJO Onlayn Kazinonun Başqa Qumar Oyunları

PlayOJO əsasən standart onlayn kazino oyunlarına fokuslanmış bir kazinodur. Bu səbəbdən PlayOJO Azerbaycan başqa qumar oyunlarından yalnız binqo oyunlarını təklif etməkdədir. Kazinon oyun kataloqunda idman mərcləri, poker kimi qumar oyunlarına rastlaya bilməzsiniz. Ümid edirik ki, yaxın gələcəkdə PlayOJO-nun təklif etdiyi qumar oyunlarının çeşidi genişlənəcəkdir və yalnız binqo ilə məhdudlaşmayacaqdır.

PlayOJO Bingo – Binqo Otaqları və Oyunları

Bu operatorda günün istənilən saatında daxil olub, binqo oyunları oynamaq imkanınız var. Binqo həvəskarları PlayOJO-da Pragmatic Play proqram yaradıcısı tərəfindən təmin olunan 9 otaqda 90-ball, 80-ball və 75-ball binqo versiyalarını həzz alaraq oynaya bilərlər. Bilməyənlər üçün qeyd edək ki, otaqların hər biri fərqli özəlliklərə sahibdir.

Məsələn, 90 top oyunu olan Equalizer otağında hər kəs eyni sayda biletlə oynayır. Bir 90-ball çeşidi olan Masked Singer Bingo-da isə oyunçulara günlük hədiyyələr və pulsuz binqo biletləri verilir. Daha uyğun seçim üçün bir otağa daxil olmadan əvvəl seçdiyiniz otağın bütün xüsusiyyətləri ilə tanış olmağınız məsləhətdir.

Proqram Təminatçısı və Platforma – Keyfiyyətin Sirri

PlayOJO Azerbaycan onlayn kazino oyunlarının belə zəngin portfelini yaratmaq üçün ən yaxşı proqram təminatçılarının bir çoxu ilə əməkdaşlıq etməkdədir. NetEnt, Microgaming, Pragmatic Play kimi dünyanın ən məşhur proqram yaradıcılarının oyunlarını bu kazinoda tapa bilərsiniz. PlayOJO həmçinin ən geniş tərkibli Evolution Gaming canlı kazinolarından birinə sahibdir.

Fərqli macəra axtarışındasınızsa, Red Tiger, Blueprint Gaming, SkillOnNet, Big Time Gaming kimi proqram təminatçıları arasından da seçim edə bilərsiniz. Bu çoxsaylı müxtəlif proqram təminatçıları oyunçulara böyük oyun seçimi imkanı verir. Aşağıda sizlər üçün PlayOJO onlayn kazinonusunun önə çıxan proqram təminatçılarının bir qisminin adlarını qeyd etmişik:

PlayOJO-da oynamaq üçün hər hansı bir əlavə yükləmə etməyinizə gərək yoxdur. Tətbiqdən və ya brauzerinizdən veb sayta daxil olaraq dərhal oynamağa başlaya bilərsiniz. Bu kazinonun keyfiyyətli interfeysi və istifadəsi asan tərtibatı sizi həqiqətən məmnun edəcəkdir. Burada sizi məmnun edəcək daha bir özəllik isə, əksər oyunları demo versiyada sınaya bilməyiniz olacaqdır.

Azərbaycanlı Oyunçular üçün PlayOJO Bonus and Promoları

Qeydiyyat işinizi tamamlayıb, ilk depozitinizi etdikdə PlayOJO 50$-dək olan hər 1$ depozitiniz üçün sizə 1 pulsuz fırlatma verəcəkdir. Ancaq pulsuz fırlatmaları əldə etmək üçün minimum 10$ depozit etməyiniz lazımdır. Verilən pulsuz fırlatmalarınızı isə yüksək RTP-li və məşhur Book of Dead slot oyununda istifadə edə bilərsiniz. Pulsuz fırlatmaların hər birinin dəyəri 0.10$-dır.

Başqa kazinolarda xoş gəldin bonusları üçün az da olsa, çox da olsa müəyyən bir dövriyyə şərti qoyulur. Yəni, sizə verilən bonus məbləğinin 30-40 mislidək dövriyyə etməyiniz istənilir. Lakin PlayOJO-da ilk depozitiniz üçün verilən bonusda heç bir dövriyyə şərti mövcud deyil. Belə desək, oynadığınız slot oyununda qazandığınız pullar birbaşa balansınıza köçəcəkdir.

İlk Depozit Bonusu 50-dək Pulsuz Fırlatma Dövriyyə Şərti Olmadan
18+. Bütün istifadə şərtləri qəbul olunur.

Əmin ola bilərsiniz ki, PlayOJO Azerbaycan indiyədək tanıdığınız ən səxavətli kazinolardan biridir. Bunu təkcə onun unikal xoş gəldin bonusuna görə yox, həm də başqa bir çox promolarına əsaslanaraq deyirik. Bu promolardan biri pulsuz qoşulub, pulsuz fırlatmalar, poz qazan kartları, binqo biletləri və müxtəlif nağd hədiyyələr qazana biləcəyiniz Prize Twister promosudur.

Bu kazinoda oynadıqda və hər səviyyə atladıqda operator sizə xüsusi 3 mükafat çarxından birində pulsuz fırlatma hədiyyə edəcəkdir. PlayOJO-nun promosiyalarının siyahısı olduqca genişdir və mütləq sizə dəyərli hədiyyələr qazandıracaqdır. Lakin siz xoş gəldin bonusu kimi pulsuz fırlatmalar yox, məhz bonus pullar əldə etmək istəyirsinizsə, ən yaxşı kazino bonusları yazımıza da göz ata bilərsiniz.

Ödəniş metodları: Azərbaycandan Güvənli Depozit və Pul Çıxarışı Əməliyyatları

Real pulla oynamaq qərarı vermisinizsə, əlbəttə, sayta depozit etməyiniz lazım olacaq. Deməliyik ki, PlayOJO-da pul yatırmaq gerçəkdən çox asandır. Əvvəlcə hesabınıza giriş edib, depozit bölməsinə daxil olun. Daha sonra siyahıda sizə uyğun olan depozit üsullarından birini seçin və depozit etmək istədiyiniz məbləği daxil edin. Pul yatırmalarda 8 fərqli valyutadan istifadə edə bilərsiniz.

Depozit etmək üçün Mastercard, Visa və Maestro bank kartları seçimləri mövcuddur. Pul yatırmaq üçün Skrill və Neteller elektron pulqabılarından da istifadə edə bilərsiniz. Bununla yanaşı, bank köçürməsi də operatorun təklif etdiyi depozit metodlarından biridir. Bir qayda olaraq bütün depozit üsulları üçün minimum limit 10$ təşkil edir.

  • Visa
  • MasterCard
  • Maestro
  • Skrill
  • Neteller
  • Bank Köçürməsi

Depozitlər kimi pul çıxarışları da onlayn kazinonların önəmli cəhətlərindən biridir. Bu səbəbdən PlayOJO kazino analizində sizlərə operatorun pul çıxarışları haqda da bilgi vermək istəyirik. Bəri başdan bildirək ki, sayta depozit etdiyiniz bütün üsullarla həm də pul çıxarış edə bilərsiniz. Pul çıxarışları üçün minimum limit 20$, maksimum limit isə 10000$-a bərabərdir.

Pul çıxarışları müddəti isə bank kartları və bank köçürməsi üsulu üçün 2-7 gün təşkil edir. Elektron pulqabıları ilə olan çıxarışlar isə gün ərzində reallaşır. Nəzərə alın ki, bank köçürməsi üsulu ilə pul çıxarışı etdikdə 500$-dan aşağı məbləğlər üçün 10$ komissiya ödəməli olacaqsınız. Lakin 500$-dan yuxarı pul çəkilişləri üçün heç bir komissiya nəzərdə tutulmamışdır.

Müştəri Dəstək Xidməti – Əlaqə Vasitələri

Əgər PlayOJO Azerbaycanda oynadığınız zaman müştəri xidmətləri ilə əlaqəyə keçmək zərurəti yaranarsa, sizin üçün ən yaxşı üsul canlı söhbət olacaqdır. Operatorlar ən qısa zamanda sizi xəttə qoşacaq və suallarınızı ətraflı bir şəkildə cavablandıraraq, probleminizi həll edəcəkdir. Canlı çat Azərbaycan saatı ilə 10:00-dan gecə 04:00-ə qədər fəaliyyət göstərir. İstəsəniz PlayOJO müştəri xidmətləri ilə e-poçt vasitəsilə də əlaqə saxlaya bilərsiniz. Probleminiz xüsusən texniki məsələlər bağlıdırsa, elektron poçt seçimi daha uyğun bir variant olacaqdır.

PlayOJO Kazino Müştəri Xidmətləri
İş saatları: 10:00 – 04:00
Canlı Çat seçimi tövsiyə olunandır. Telefonla Əlaqə Yaratmaq Mümkün deyil
Canlı Çat: Var
E-poçt: support@playojo.com
Telefon: Yox
Faks: Yox
FAQ: Var
Oyunçu Rəyi: Nəzakətli, Mehriban, Çevik

PlayOJO kazinoda müştərilər tərəfindən ünvanlanan ən ümumi suallara cavab verilən FAQ bölməsi də mövcuddur. FAQ bölməsi “ödəmə üsulları”, “hesab”, “daha güvənli qumar”, ”PlayOJO haqqında” kimi bir neçə kateqoriyaya bölünmüşdür və burada çoxsaylı suallar qısa və lakonik şəkildə cavablandırılmışdır. Müştəri xidməti təmsilçiləri ilə əlaqəyə keçmədən buradakı sual-cavabları nəzərdən keçirərək, bəzi suallarınıza cavab tapmağınız mümkündür. Onu da bildirək ki, PlayOJO Azerbaycanın müştəri xidmətlərinin keyfiyyətini dəyərləndirmək üçün onlarla bir neçə dəfə əlaqə saxladıq. Müştəri xidmətlərinin bütün hallarda nəzakətli davrandığını və sualları çevik şəkildə cavablandırdığını müşahidə etdik.

Azərbaycan üçün PlayOJO Təhlükəsizlik Yoxlanışı – Şirkət Məlumatı, Lisenziyalaşdırma, Sertifikatlar

PlayOJO kazino 2017-ci ildə təsis edilmiş yeni kazinolardan biridir. Ancaq yeni olmasına baxmayaraq, kazino qısa zamanda böyük nüfuz əldə etməyə nail olub. Bunun uğurun sirri operatorun ilk gündən güvənli və ədalətli oyun platforması imici formalaşdırmasından qaynaqlanır. Buna sübut kimi, PlayOJO-nun elə yarandığı il EGR tərəfindən “2017-ci İlin Yüksələn Ulduzu” mükafatına layiq görülməsini göstərmək olar.

PlayOJO onlayn kazinosu Malta Oyun Qurumunun MGA/CRP/171/2009 nömrə nişanlı lisenziyasına sahibdir. Bundan əlavə, operator Birləşmiş Krallıq Qumar Komissiyasından da bir lisenziya əldə etmişdir. Onu da bildirək ki, bu kazino saytı qumar dünyasında kifayət qədər nüfuza və müsbət reputasiyaya sahib SkillOnNet Ltd şirkəti tərəfindən idarə olunur.

  • MGA
  • Gambling Comission
  • iTechLabs
  • BeGambleAware
  • GamCare
  • GamStop

Bu kazino 256-bit SSL məlumat şifrələmə texnologiyasına sahib standart təhlükəsizlik protokolundan istifadə etdiyi üçün burada sizə aid bütün şəxsi və bank məlumatlarının yüksək səviyyədə qorunduğundan əmin ola bilərsiniz. Həmçinin, kazinodakı bütün oyunlar mütəmadi olaraq iTech Labs kimi müstəqil şirkətlər tərəfindən yoxlanılır. Yəni, oyunlardakı nəticələrin həqiqətən də təsadüfi olduğuna inana bilərsiniz.

Bununla yanaşı, PlayOJO Azerbaycan BeGambleAware, GamCare, GamStop və başqa bir sıra Məsuliyyətli Qumar qurumları ilə sıx əməkdaşlıq etməkdədir. PlayOJO öz istifadəçilərinin problemli qumardan uzaq olması üçün onlara bir çox alətlər də təklif edir. Belə ki, burada istifadəçilər istədiklərində “Özünü təcrid et”, “Fasilə ver”, “Depozit limiti təyin et” kimi bir çox alətlərdən istifadə edə bilərlər.

Qanuni Ölkələr

Gənc bir kazino olduğundan hələlik PlayOJO-nun fəaliyyət göstərdiyi ölkələrin siyahısı elə də geniş deyil. Lakin PlayOJO onlayn kazinosu qlobal səviyyəli bir brend olmaq yolunda əmin addımlarla irəlləyir. Şübhə yoxdur ki, yaxın gələcəkdə operatorun fəaliyyət göstərdiyi ölkələrin sayı artacaqdır. Hazırda isə operatorun xidmət göstərdiyi ölkələrin bəziləri bunlardır:

  • PlayOJO Pakistan
  • PlayOJO Kanada
  • PlayOJO Norveç

PlayOJO kazino hazırda bir neçə dildə istifadəçilərinə xidmət göstərməkdədir. Daha dəqiqliyi ilə desək, operator ingilis, alman, isveç, norveç dillərində və Kanada fransızcası ilə Kanada ingiliscəsini dəstəkləməkdədir. Kazinonun azərbaycanca, türkçə, rusca dillərindən heç birini dəstəkləməməsi bəlkə bir az məyusedici məqam ola bilər. Ancaq bizə görə kazinonun digər müsbət özəlliklərinə görə bu dezavantajını görməzdən gəlmək olar.

Araşdırmaçının Rəyi – Möhtəşəm Fürsətlərlə Dolu Yeni Bir Kazino

Azərbaycanlı oyunçular PlayOJO kazino istifadəçisi olduqda bir çox unikal fürsətlərlə qarşılaşacaqdır. Burada dövriyyə şərti olmayan bir bonus və bir-birindən möhtəşəm promolar ilə doludur. Platforma müxtəlif proqram təminatçılarının çoxsaylı oyunlarını təklif edir. Çox sayda dəstəklənən depozit və pul çıxarışı üsulları var. Kazino mobil telefonlarda isə sözün əsl mənasında mükəmməl performans sərgiləyir. Uzun sözün qısası, sizi məmnun etmək üçün kazinonun yetəri qədər müsbət cəhəti vardır. Buna görə də əmin ola bilərsiniz ki, PlayOJO kazino sizə əvəzolunmaz və unudulmaz bir qumar həzzi yaşadacaqdır.

Ayxan Səmədov
Redaktor və Azərbaycan Kazino Mütəxəssisi

PlayOJO kazino yeni, amma böyük perspektiv vəd edən operatorlardan biridir. MGA və UKGC tərəfindən lisenziyalaşdırılmış kazinonun bütün oyunları şəffaflıq baxımından mütəmadi olaraq müstəqil test mərkəzləri tərəfindən yoxlanılır.

4.70/5

PlayOJO Azerbaycan geniş oyun kolleksiyası, cəlbedici bonuslar, istifadəçi dostu mobil tətbiq kimi bir kazino həvəskarının axtardığı çox şeyə sahibdir. Ancaq obyektivlik naminə PlayOJO kazino analizindən çıxan bəzi mənfi xüsusiyyətlərin də olduğu deyilməlidir. Xüsusən, kazinoda dil seçimi və masa oyunları kolleksiyası bir qədər geniş olsa idi, daha yaxşı olardı. Yalnız fikrimizcə, bunlar elə də ciddi problem sayılmamalıdır. Bunlara rəğmən, PlayOJO birmənalı olaraq Azərbaycanın ən yaxşı onlayn kazinolarından biridir. Onu da nəzərinizə çatdıraq ki, masa oyunları pərəstişkarları 888casino analizinə baxa bilərlər.

PlayOJO Haqqında Tez-tez Soruşulan Suallar

PlayOJO kazino analizimizin sonunda oxuyucular tərəfindən ən çox soruşulan suallardan bəzilərini cavablandırırıq. Bu qısa sual-cavablara baxaraq, siz də axtardığınız mövzu üzrə əlavə təfərrüatlara yiyələnə bilərsiniz. Unutmayın ki, Playojo Azerbaycanın öz saytında da olduqca əhatəli tez-tez soruşulan suallar bölməsi mövcuddur. Əgər burada sualınıza cavab tapa bilməsəniz, orada baxa bilərsiniz.

1️⃣ PlayOJO Azərbaycandan olan oyunçular üçün qanunidirmi?

Azərbaycanlı oyunçular üçün bu PlayOJO kazino analizini qələmə almadan öncə biz bu kazinonun leqal olmasından əmin olmaq üçün, onun lazımi yönlərini nəzərdən keçirtdik. Tam əminliklə bildiririk ki, PlayOJO onlayn kazino tamamilə təhlükəsiz və leqal bir kazinodur. Çünki operator Malta Oyun Qurumu və Birləşmiş Krallıq Qumar Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır.

2️⃣ Ən yaxşı PlayOJO oyunları hansılardır?

Sektorun ən yaxşı proqram təminatçılarının məhsullarını öz platformasında toplayan PlayOJO-da hər bir oyunçu istəyinə uyğun oyunlar tapa bilər. Oyun kataloqunda masa oyunları az olsa da, slotlar və canlı diler kazino oyunların sayı gözqamaşdırcıdır. Özü də bütün PlayOJO kazino oyunları yüksək keyfiyyətli qrafika və səs effektinə sahibdir.

3️⃣ PlayOJO bonusunu necə əldə edə bilərəm?

PlayOJO 50$-dək olan hər 1$ depozitiniz üçün sizə heç bir dövriyyə şərti olmadan 1 pulsuz fırlatma verir. Bu möhtəşəm PlayOJO kazino bonusunu əldə etmək üçün sadəcə qeydiyyatdan keçməyiniz və depozit etməyiniz tələb olunur. Qeyd edək ki, bu kazinonun minimum depozit məbləği 10$-a bərabərdir.

4️⃣️ PlayOJO kazinonun ödəniş etməyi nə qədər vaxt aparır?

PlayOJO Azerbaycanın ödəniş sürəti qənaətbəxş sayıla bilər. Burada bank kartı və bank köçürməsi ilə edilən pul çıxarışları isə 2-7 gün arası vaxt aparır. Lakin daha sürətli pul çıxarışı etmək istəyirsinizsə, ən yaxşı seçim PlayOJO ödəniş üsulu elektron pulqabılardır. Çünki Skrill və Netellerə edilən pul çıxarışı tələbləriniz 24 saat ərzində yerinə yetiriləcəkdir.

5️⃣️ PlayOJO kazino yaxşıdırmı?

Bizim PlayOJO kazino analizinin nəticəsinə görə operator bir-iki dezavantajı olmasına rəğmən, kifayət qədər yaxşı bir operatordur. PlayOJO geniş slot kolleksiyası və dövriyyə şərtsiz xoş gəldin bonusu kimi kazino həvəskarını xoşbəxt etmək üçün yetərli olan bir çox keyfiyyətlərə sahidir. Bu səbəbdən düşünürük ki, operator sizin də gözləntilərinizi doğruldacaqdır.

6️⃣ Mən PlayOJO-da Evolution Gaming oyunlarını oynaya bilərəmmi?

Evolution Gaming qeyri-adi özəllikləri, innovativliyi və yüksək ödəmə faizi ilə əksər canlı kazino həvəskarlarının bir nömrəli proqram təminatçısına çevrilməyi bacarıb. Bu səbəbdən, əlbəttə ki, PlayOJO kazinoda, Evolution Gaming proqram təminatçısına aid oyunlar da mövcuddur. PlayOJO proqram təminatçıları arasında Evolution Gaming ilə yanaşı, sektorun daha bir çox məşhur isimlərini görə bilərsiniz.

7️⃣ PlayOJO-da slotları necə oynaya bilərəm?

Qeydiyyatdan keçin, ilk depozitinizi edin və slot kolleksiyası arasından bəyəndiyiniz birini seçin. Burada slot oynamağa başlamaq bax, bu qədər sadədir. Onu da deyək ki, PlayOJO slotlarının demək olar ki, hamısının demo versiyası mövcuddur. Yəni, o yunları burada real pulla oynamadan əvvəl demo versiyada sınamaq imkanınız var.

8️⃣️ PlayOJO-da rulet oynaya bilərəmmi?

Düzdür, PlayOJO masa oyunlarının seçimin çox olduğu deyilə bilməz. Amma bu rulet üçün istisnadır. Ruletsevərlər burada Avropa, Fransız və Amerikan ruleti növünə aid 15-dən çox oyunun keyfini çıxara bilərlər. Canlı rulet həvəskarları üçün də seçim imkanlarının xeyli geniş olduğunu deməliyik.

9️⃣ PlayOJO kazinonun ödəniş metodları arasında Bitkoin varmı?

Xeyr, bu operatorun ödəniş metodları arasında Bitkoin seçimi mövcudu deyil. Ödəniş metodu olaraq bank kartlarından, bank köçürmə yolundan, Skrill və Neteller kimi elektron pulqabılardan istifadə edə bilərsiniz. Ancaq bitkoin sizin üçün əvəzolunmaz ödəniş metodunuzdursa, ən yaxşı real pullu kazinolar yazımıza baxıb, oradan özünüz üçün uyğun bir kazino seçə bilərsiniz.

🔟 Telefonuma PlayOJO kazinosunu yükləməyim şərtdirmi

Xeyr, PlayOJO-da oynamaq üçün hər hansı bir yükləmə etməyə ehtiyac yoxdur. Kazinonun ani (dərhal) oyun özəlliyi sayəsində elə mobil brauzerinizdən də kazinonun saytına daxil olub, istədiyiniz oyunu oynamağınız mümkündür. Ancaq daha rahat istifadə üçün PlayOJO mobil applikasiyalarını da yükləyə bilərsiniz.